2022-ci il dünya çempionatının pley-off mərhələsinin final görüşünə vəsiqə qazanan daha bir komandanın adına aydınlıq gəlib.
Arazmedia.az xəbər verir ki, bu hüquqa İsveç millisi Çexiya üzərində minimal hesablı qələbə sayəsində yiyələnib. Əsas vaxtı qolsuz tamamlanan görüşdə yeganə qolu 110-cu dəqiqədə Robin Kuayson vurub.
Daha əvvəl bu hüquqa Portuqaliya, Şimali Makedoniya, Uels və Polşa da sahib çıxıb.
Beləliklə, martın 29-da keçiriləcək final görüşlərində qarşılaşacaqlar:
Uels – Şotlandiya / Ukrayna cütünün qalibi
Portuqaliya – Şimali Makedoniya
Polşa – İsveç
DÇ-2022, pley-off mərhələsi
Yarımfinal
24 mart
A yolu
23:45. Uels – Avstriya – 2:1
Qollar: Qaret Beyl, 25; 51 – Ben Devis, 65 (öz qapısına)
B yolu
23:45. İsveç – Çexiya – 1:0 (ƏLAVƏ VAXT – 1:0)
Qol: Robin Kvayson, 110
C yolu
23:45. İtaliya – Şimali Makedoniya – 0:1
Qol: Aleksandar Traykovski, 90+2
23:45. Portuqaliya – Türkiyə – 3:1
Qollar: Otavio, 15. Dioqu Jota, 42. Mateus Nunes, 90+4 – Burak Yılmaz, 65
İstifadə olunmamış penalti: Burak Yılmaz, 85 (Türkiyə)
Qeyd edək ki, dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq.