Ukrayna ordusu son sutkada Rusiyanın 7 hərbi təyyarəsini, 1 helikopterini, 1 pilotsuz uçuş aparatını, 2 qanadlı raketini məhv edib.
Arazmedia.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
“Savaşın 29-cu günü başlayıb. Müdafiə qüvvələri Şərq, Cənub-Şərq və Şimal-Şərq istiqamətlərində müdafiə əməliyyatlarını davam etdirirlər. Ruslar heç bir istiqamətdə uğur qazana bilməyib. Qoşun qruplarımız rusların qarşısını alır, ərazi müdafiə tapşırıqlarını yerinə yetirir. Rus təyyarələri havadan zərbələr endirməyə davam edir. Son 24 saatda 250-dən çox təyyarə uçuşu qeydə alınıb. Onların əsas hədəfləri Kiyev, Çerniqov və Xarkov vilayətlərindəki hərbi və mülki obyektlərdir”, – qurumdan bildirilib.
Rəsmi informasiyaya əsasən, Xerson vilayətində Rusiya işğalçılarına qarşı etiraz aksiyaları keçirilir: “Ruslar isə yerli əhaliyə qarşı terror törədirlər. Onlar bütün istiqamətlərdə canlı qüvvə və texnika baxımından itki verməkdədirlər. Ukrayna xalqının müqaviməti davam edir”.