Həmkəndlilərinin evindən oğurluq edən Cəlilabad sakini saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Arazmedia.az-a verilən məlumata görə, Cəlilabad rayonunun Türkelli kəndində yerləşən evlərdən birindən 1 290 manat dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə müraciət daxil olub. Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Türkelli kənd sakini Ə. Hüseynov saxlanılıb. Araşdırmalarla onun digər bir həmkəndlisinin evindən 1 000 manat dəyərində məişət əşyaları oğurladığı da müəyyən edilib.
Faktlarla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.