DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Yeni Zelandiya Ukraynaya yardım ayırdı

1 dəqiqəyə oxunur

Yeni Zelandiya Ukraynaya qeyri-öldürücü silahların alınması üçün 5 milyon Yeni Zelandiya dolları (3,5 milyon ABŞ dolları) məbləğində vəsait ayıracaq və bu ölkəyə öz ehtiyatlarından qoruyucu vasitələr göndərəcək.

Arazmedia.az xəbər verir ki, bunu Yeni Zelandiyanın Baş naziri Casinda Ardern bildirib.

Baş nazir bildirib ki, silahların alınması üçün vəsait Ukrayna silahlı qüvvələrinə yanacaq, hərbi texnika, rabitə vasitələri və ilkin tibbi yardım çantalarının tədarükü ilə məşğul olan Şimali Atlantika Alyansının “Trast” fonduna yönəldiləcək.

“Bu, Yeni Zelandiyanın silah və qeyri-öldürücü hərbi texnika üçün Ukraynaya ilk birbaşa maliyyə yardımıdır”, – deyə Baş nazir qeyd edib.