DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
İdman

Xalqımıza qürur hissi yaşadan güləşçilərimiz

3 dəqiqəyə oxunur

Cənab Prezident İlham Əliyevin 2003-cü ildə Prezident seçildiyi bir gündən ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı dövlət siyasətində prioritet təşkil edir. Möhtərəm Prezidentimizin və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısının nəticəsidir ki, bu gün respublikamızın hər bir bölgəsində idman zalları və qurğuları, stadionlar, müasir olimpiya idman kompleksləri inşa edilmişdir və son illər onların sayı 50-yə yaxındır. Fəxrlə deyə bilərik ki, idmançılarımız Dünya, Avropa, Olimpiya yarışlarında yüksək pillələri fəth edərək idman arenalarında üçrəngli bayrağımızı ucaldır, himnimizi səsləndirirlər. Məhz bu uğurlara görədir ki, Möhtərəm Prezidentimiz 17 mart 2022-ci il tarixdə 7-ci Avropa çempionatının iştirakçıları ilə görüşdə qeyd etmişdir ki, “Azərbaycanda idman uğurla inkişaf edir, Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər”.
Sevindirici haldır ki, Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatında gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atmışlar. İdmançılarımız 16 medal qazanmışdır ki, onlardan 7-si qızıl medaldır. Deməli gənc idmançılarımız Bolqarıstanda idman arenasında 7 dəfə dövlət himnimizi səsləndirmişlər. 34 ölkə arasında güləşçilərimiz komanda hesabında da birincilik əldə edərək Azərbaycan xalqına böyük sevinc və qürur hissi yaşatmışlar.
Milli idman növü olan güləşin ənənələri ölkəmizdə kifayət qədər güclüdür. İstər Sovet dönəmində, istərsə də müstəqillik dövründə güclü güləşçilərimiz olubdur və onlar Azərbaycanı müxtəlif yarışlarda ləyaqətlə təmsil ediblər. Nəsildən-nəsilə keçən bu təcrübə, bilik və səriştə bizə əsas verir ki, deyək Azərbaycan bundan sonra da dünya miqyasında aparıcı güləş ölkəsi kimi tanınacaqdır.
Fəxrlə deyə bilərik ki, Azərbaycan idmançılarının böyük əksəriyyəti həyatda da hər bir gəncə nümunədirlər və öz qələbələri ilə yeniyetmə və gənclərimizə yüksək vətənpərvərlik hissləri aşılayırlar. Güləşçilərlə görüşdə cənab Prezidentimiz qeyd etdiyi kimi məhz bu vətənpərvərlik hissləri, Vətənə sevgi, bağlılıq Vətən müharibəsində əsas rol oynamışdır. Qələbəmizi şərtləndirən döyüşçülərin əzmkarlığı, Vətənə olan bağlılığı olmuşdur. Bu gün gənclərimiz artıq başqa Azərbaycanı, qalib gəlmiş müzəffər xalqı təmsil edirlər. 44 günlük Vətən müharibəsində hərbiçilərimizlə birgə idmançılarımız da silaha sarılaraq möhtəşəm Qələbəmizin reallaşmasına öz imzalarını atdılar.
Qalib gəlmiş müzəffər xalqımızı təmsil edən idmançılarımız bu gün beynəlxalq yarışlarda əldə etdiyi qələbələrlə dünyada yaşayan hər bir soydaşımıza sevinc bəxş edirlər. Dünyanın harasında yaşamasından asılı olmayaraq soydaşlarımız Azərbaycan həqiqətlərini dünyaya çatdırır, İkinci Qarabağ Müharibəsi haqqında qürur hissi ilə danışırılar.
Xalqımız əmindir ki, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşməndən azad etdiyi torpaqlarımızda yeni stadionlar, idman kompleksləri tikiləcək və həmin idman qurğularında Dünya, Avropa və Olimpiya qalibləri yetişəcək, onlar bayrağımızı beynəlxalq arenalarda yüksəldəcəklər.

Rafiq Əliyev:
Yeni Azərbaycan Partiyası Yevlax Rayon Təşkilatının sədri