Ukrayna və Rusiya nümayəndələri arasında danışıqlar martın 16-da davam edəcək.
Arazmedia.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyası rəhbərinin müşaviri Mixail Podolyak məlumat verib.
Onun sözlərinə görə, tərəflərin mövqelərində ziddiyyətlər var, buna baxmayaraq, güzəştə getmək ehtimalı mövcuddur.
Qeyd edək ki, Rusiya və Ukrayna nümayəndələri arasında danışıqlar videokonfrans formatında davam etdirilir.