Amerikanın “Ford” korporasiyası Ukrayna hadisələri ilə əlaqədar Rusiyadakı fəaliyyətini dayandırır.
Arazmedia.az xəbər verir ki, müvafiq bəyanat çərşənbə axşamı şirkətin saytında dərc olunub.
“Mövcud vəziyyətlə əlaqədar olaraq bu gün birgə müəssisə tərəfdaşlarımıza bildirdik ki, Rusiyadakı fəaliyyətimizi bundan sonra növbəti bildirişə qədər dayandırırıq”, – mətndə deyilir.
Eyni zamanda, bəyanatda qeyd olunur ki, “Ford” bir neçə ildir Rusiyada işləri azaldır. “Bizim fəaliyyətimiz kommersiya furqonlarının istehsalı və “Sollers Ford” birgə müəssisəsində azlıq payı vasitəsilə Rusiyada satışla məhdudlaşdı”, – məlumatda bildirilir.
“Ford” həmçinin ukraynalıları dəstəkləmək və humanitar məqsədlər üçün xüsusi fonda 100 min ABŞ dolları köçürmək niyyətində olduğunu bildirib