Rusiyanın işğalı davam edərkən, Qara dəniz sahilində rus əsgərlərinə qarşı döyüşən ukraynalı əsgərlərin görüntüləri beynəlxalq ictimaiyyətin gündəminə çevrilib.
Arazmedia.az xəbər verir ki, Rusiya hərbi gəmisindəki əsgərlər İlan adasını qoruyan ukraynalı əsgərlərdən silahlarını yerə qoymalarını tələb edib. Lakin 13 ukran əsgər təslim olmaqdan imtina edib.
Hətta onlar öz etirazlarını lentə alıblar. Videoya çəkilən görüntülərdə gənc əsgərin “Çıx get, rus döyüş gəmisi” dedikdən sonra gəmidən açılan atəş nəticəsində öldüyü əks olunub. Bundan sonra digər əsgərlərdə gəmidən açılan atəş nəticəsində həlak olublar.
Sosial mediada gündəmə səbəb olan əsgərə “Ukrayna Qəhrəmanı” adının verilməsi tələb olunub.