DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Siyasət

Ərdoğan Azərbaycanla bağlı bu sazişi TƏSDİQLƏDİ

2 dəqiqəyə oxunur

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Sazişi təsdiqləyib.

Bu barədə Arazmedia.az “Rəsmi Qəzet”ə istinadən xəbər verir.

Sazişə əsasən, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi və Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi idxal və ixrac zamanı qida məhsullarının təhlükəsizliyini və yararlılığını təmin etmək üçün onların daşıdığı risk səviyyəsinə uyğun olaraq, qida məhsullarının ekspertizasını həyata keçirəcək.

Tərəflər idxal olunan qida məhsullarının yoxlanılmasını ölkələrin milli qanunvericiliklərində nəzərdə tutulmuş qaydada risklərin qiymətləndirilməsinə əsaslanan qida nəzarət sisteminə uyğun olaraq aparılmasına razılıq verəcəklər.

Eyni zamanda, tərəflər idxal edilən qida məhsullarının istehsal prosesi ilə yerində tanış olmaq və keyfiyyətə nəzarət sistemlərini araşdırmaq üçün yüksək riskli obyektlərə (patogen mikroorqanizmlərin inkişafı üçün əlverişli şərait hesab edilə bilən qida məhsullarının ilkin istehsalı və emalı ilə məşğul olan obyektlər) səfər etmək hüququna malik olacaqlar. Bu səfərləri ixrac edən tərəf əlaqələndirəcək.

İdxal redən tərəf lazım olduqda idxal olunmuş bütün yüklərin qanunvericiliyə uyğun olaraq yoxlanılması hüququnu özündə saxlayır. Bu sənədlərin yoxlanılmasını, fiziki müayinəni, nümunə götürməni, müvəqqəti saxlamanı və digər tədbirləri əhatə edir.

Tərəflər idxal zamanı uyğunsuzluq olduqda və milli qanunvericiliyin tələbləri yerinə yetirilmədiyi təqdirdə yüklərin qəbulundan imtina etmək hüququnu özündə saxlayacaq.

Qeyd edək ki, saziş Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyətinin 2021-ci ilin sentyabrında Türkiyəyə rəsmi səfəri çərçivəsində imzalanıb.