Ukraynanın Türkiyədəki səfirliyi bu gün rəsmi Ankaraya çətin zamanda ona dəstək verməklə bağlı çağırış edib.
Arazmedia.az xəbər verir ki, məlumatda deyilir:
“Rusiya Federasiyası Ukraynaya qarşı müharibə elan etdi. Dinc Ukrayna şəhərlərini bombalayırlar. Biz strateji tərəfdaşımız Türkiyəni və dost türk xalqını bu çətin vaxtda bizi dəstəkləməyə çağırırıq”, – deyə səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.