Rusiyanın ABŞ-dakı səfiri Qərbin sanksiyalarının dünya bazarlarına və amerikalıların rifahına təsir edəcəyini bildirib.
Arazmedia.az xəbər verir ki, Rusiyanın “Ria Novosti” xəbər agentliyinə danışan Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovun sözlərinə görə, Qərbin sanksiyaları dünya bazarlarına zərbə vuracaq və amerikalıların rifahına təsir edəcək, lakin Moskvanı xarici siyasətini dəyişməyə məcbur etməyəcək.
“Bizə qarşı tətbiq edilən sanksiyaların qlobal maliyyə və enerji bazarlarına zərər verəcəyi şübhəsizdir”, – deyə Anatoli Antonov bildirib.
Antonov həmçinin ABŞ sanksiyalardan təsirlənəcək və adi amerikalılar “bahalaşmanın bütün nəticələrini hiss edəcəklər” , – deyə xəbərdarlıq edib.