Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konqo Demokratik Respublikasından Seneqala gedib. Daha sonra Türkiyə lideri NATO liderlərinin videokonfrans formatında keçiriləcək Zirvə görüşünə qatılmaq üçün Afrika ölkələrinə olan səfərini yarımçıq saxlayıb.
Arazmedia.az xəbər verir ki, Seneqalda olan zaman Ərdoğanın Mühafizə İdarəsi Xüsusi Əməliyyatlar Şöbəsinin müdiri Hayrettin Eren vəzifəsi zamanı infarkt keçirib.
Bütün müdaxilələrə baxmayaraq Eren həyatını itirib. Onun cənazəsi Seneqaldan Ərdoğanın təyyarəsi ilə Türkiyəyə gətirilib.
Bildirək ki, Türkiyə Polis Təşkilatının 173-cü ildönümü münasibətilə prezident Rəcəb Tayyib Ərdoğanın qəbul etdiyi polislər arasında Hayrettin Eren də olub.