DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

“Ukraynanın sərhədləri əvvəlki kimi qalacaq” – Zelenski

1 dəqiqəyə oxunur

Rusiyanın hərəkətlərinə baxmayaraq Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri eyni qalacaq”.

Arazmedia.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Prezident Volodimir Zelenski xalqa müraciətində deyib.

“Özlərinin müstəqilliyini elan edən “respublikalar”ın tanınması Rusiya Federasiyasının Minsk sazişindən çıxması deməkdir”, – Zelenski vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, Ukrayna “Normand dördlüyü”nün Fövqəladə Zirvə Toplantısı təşəbbüsü ilə çıxış edib.

Rəsmi Kiyev ATƏT-in Xüsusi Monitorinq Missiyasının tam formatda fəaliyyətində təkid edir.

Onun sözlərinə görə, Kiyev siyasi-diplomatik nizamlanmaya sadiqdir və təxribatlara tabe olmayacaq.

“Ukrayna heç kimə heç nə verməyəcək”, – dövlət başçısı əlavə edib.