Ağdaş rayonunun Aşağı Ləki kəndində ümumi sahəsi 234 m² olan kürsülü, birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 154 m² sahədə yanıb.
Arazmedia.az FHN-nin saytına istinadən xəbər verir ki, yanğın yerinin kəşfiyyatı zamanı 1935-ci il təvəllüdlü Həşimova Bəsdə Eybur qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.