“Son 24 saat ərzində rusiyayönlü separatçılar tərəfindən 60 dəfə atəşkəs pozulub, bir əsgər isə yaralanıb”.
Arazmedia.az xəbər verir ki, bu barədə Ukrayna Ordusu bəyanat yayıb. Bildirilir ki, separatçılar ağır artilleriya, minaatan və tankdan istifadə etməklə 10-dan çox yaşayış məntəqəsini atəşə tutublar.
Bildirək ki, Ukrayna prezidenti Zelenskinin “böyük təxribat” adlandırdığı hökümət qüvvələri ilə separatçıları ayıran sərhəddən kənarda baş verən partlayışlar kəskin şəkildə artıb.