DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

32-saylı şəhər poliklinikası Qarabağ Qazisinə tələ qurdu – FAKT

4 dəqiqəyə oxunur

Arazmedia.az-ın məlumatına görə, bu barədə Əzizzadə Rəhman özünün rəsmi “Facebook” hesabında paylaşım edib.

Həmin paylaşımı olduğu kimi oxuculara təqdim edirik:

Rəhman Əzizzadə: 11 yanvar tarixində Qaradağ rayonunda yerləşən 32-saylı şəhər poliklinikası əlilliyimin təyin olunması üçün forma 88 adlanan sənəti TSEK-nın alt sisteminə yerlədirmişdir. Həmin poliklinikadan alt sistemə yerləşdirdikləri forma 88-in surətini tələb etdim və aldım. Öz əlimdə olan xəstəlik sənədlərimi həmin forma 88 ilə üzləşdirdim, üzləşmə zamanı ağır xəstəliklərimi həmin forma 88-də qəsdən yazılmadığının şahidi oldum. Dərhal poliklinikanın baş həkimi həmdə komissiyanın sədri olan Əlsafa həkimin qəbuluna girdim. Diaqnozlarımı tam şəkildə niyə yazmadıqlarını və sübutları baş həkimə göstərdim. Sübutlar qarşısında heç bir söz deyə bilməyən baş həkim dərhal həmin forma 88-i tərtib edən sahə həkimi Nüşabə xanımı yanına çağırdı və Baş həkim məsələni özündən yayındırmaq üçün sahə həkiminə, Nüşabə xanıma işini düz görmədiyinə görə “irad” tutdu.

Onlar (həkimlər) Məni yola gətirmək üçün və şikayət etməməyimi önləmək məqsədi ilə mənə dedilər ki, sən narahat olma onsuz da əyani müayinədən keçəcəksən və sənədləri orada göstərərsən. Əlbəttə ki, onlar mənim sadəlövh və savadsız olduğumu düşünməklə yanılıblar. Mən onların bu qanunsuz əməlləri haqqında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin qaynar xəttinə zəng vuraraq onlara məlumat verdim.

Forma 88 alt sistemə daxil olunduğuna görə orada artıq heç bir düzəliş etmək mümkün olmadığı üçün, məcburi şəkildə əyani müayinəni gözəl qalır sadəcə.

24 yanvar tarixində Tibbi sosial ekspert mərkəzində əlilliyimin müəyyən olunması üçün əyani müayinədən keçmişdim. Həmin hadisəni ( poliklinikanın qeyri qanuni əməllərini ) orada komissiya üzvlərinə bildirdim və fakt sübutları, sənədləri onlara göstərdim. Onlar buna heç bir reaksiya vermədilər. Bəlli məsələdir ki, bu onların xeyrinə olduğu üçün reaksiya verməmişdilər.

Yenə də ürəyimdə xal qaldı və onlara güvənmədim. 25 yanvar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qəbul şöbəsinə getdim, məsələni olduğu kimi izah etdim. Nazirlik məni öz başlarından edərək TSEK-nin üstünə göndərdi. Həmin gün TSEK-nın hərbi məsələlər üzrə şöbə müdirinin otağına çıxdım (4-cü mərtəbə sağdan 2-ci qapı). Şöbə müdirinə də poliklinikanın etdikləri bu əməlləri bildirdim. O da məni başından etmək istədiyirdi ki, ona izah etdim ki, sizin vəzifəniz məni dinləmək və hüquqlarımı qanunla bərpa etməkdir. Bu sözdən sonra əlacsız qalan şöbə müdiri mənə bildirdi ki, bütün sənədlərinin kopyasını ver Dilarə xanıma o da əlavə etsin işin içinə. Müdirin dediklərini icra etdim, sənədlərimin kopyasını işin içinə əlavə etmək üçün Dilarə xanıma verdim.

Vəə nəhayət bu gün (16 fevral) mənə haqsız yerə 3-cü qrup əlillik təyin etdilər. Bu qərardan haqlı olaraq narazılığımı bu gün (16 fevral) TSEK işçilərinə bildirdim. Onlar da mənə deyir ki, poliklinika forma 88-də nə yazıbsa bizdə ona uyğun sənə qrup təyin etmişik. Bəs siz poliklinikanın yazdığı forma 88-ə uyğun əlillik təyin edəcəkdinizsə bəs bu əyani müayinə nə üçün lazımdır? Bəs məndən sənədlərimin nümunəsini alıb neylədiz ? Həmçinin onlara bildirdim ki, gəlin sizin hüquqşünaslarınız və sizin əməkdaşlarınız siz hamınız mən də tək. Mən sənətlərimə və 413 nömrəli qərara uyğunluğuna görə arqumentlərimi gətirim, sizdə arqumentlərinizi gətirin. Əgər siz haqlısınızsa mən sizi narahat etdiyim üçün hər birinizdən üzr istəyib qərarla razılaşıb çıxıb gedəcəm, yox əgər mən haqlı çıxsam siz hamınız məndən üzr istəyərsiz. Əziz dostlar bu sözdən sonra onların hərəsi bir kənara dağıldı.

Baxın Azərbaycan xalqı budur bunların əqidəsi. Əlbəttə ki, onların dediyi olmayacaq qanun nə deyirsə oda olacaqdır. Öz səhvlərini düzəltməkdən başqa da variantları yoxdur.

Əgər onların içində bir ağıllı varsa yazdığım diaqnozları oxusun və sənətləridə əlimdədir.

Diaqnozlar və xəstəliklərin beynəlxalq təsnifatı.
XBT-10 kodları və 413 nömrəli qərara uyğunlugu.

Əsas diaqnoz. H kodları üzrə
OD-0 (amputasiya ), OS-20%

İ kodları üzrə
Agırlaşma İ63.8 NK-nin 413 nömrəli qərarının 2.1.8-ci maddəsi ( İ60-İ66.9 )
Yanaşı İ67.4
Yanaşı İ34.0

G Kodları üzrə
Agırlaşma G31 NK-nin 413 nömrəli qərarının 2.2.8-ci maddəsi ( G30-G32.9 )
Agırlaşma G31.0 NK-nin 413 nömrəli qərarının 2.2.8-ci maddəsi ( G30-G32.9 )
Yanaşı G93.2

K Kodları üzrə
Agırlaşma K29.3 NK-nin 413 nömrəli qərarının 2.2.5-ci maddəsi ( K25-K29.9 )
Agırlaşma K52 NK-nin 413 nömrəli qərarının 2.2.5-ci maddəsi ( K50-K55.9 )
Agırlaşma K76 NK-nin 413 nömrəli qərarının 2.2.5-ci maddəsi ( K71-K77.0 )
Yanaşı K81

F Kodları üzrə
Agırlaşma F48 NK-nin 413 nömrəli qərarının 2.3.9-cu maddəsi ( F48-F48.9 )

Əlavə olaraq başımda və çiynimdə olan qəlpələr, sağ əlin baş barmağının qırılması və onların törətdikləri ağrılar və digərləri.

Dərin hörmət və ehtiramla,
Qarabağ Qazisi Rəhman Əzizzadə

Arazmedia.az