Prezident İlham Əliyev ““Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərman imazlayıb.
Arazmedia.az-ın məlumatına görə, dəyişikliyə əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bir deyil, artıq iki birinci vitse-prezidenti olacaq.
Qeyd edək ki, şirkətin fəaliyyətinə cari rəhbərliyi Şirkətin İdarə Heyəti həyata keçirir. Şirkətin İdarə Heyəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 15 (on dörd) üzvdən – Şirkətin prezidentindən, Şirkətin iki birinci vitse-prezidentindən və 12 (on iki) vitse-prezidentdən ibarətdir.