Bakıda evdən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Arazmedia.az-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin və Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 4-də Mərdəkan qəsəbəsindəki evlərin birindən 600 manat pul, 2000 ABŞ dolları və 13.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri E.İsmayılov və İ.Abbasov saxlanılıblar.
Ötən gün toylarda karantin qaydalarını pozan şəxs həbs edilib.
Araşdırma aparılır.