Tərtər rayonunda müştərilərə qəlyan təklif edən kafe aşkarlanıb.
Bu barədə Arazmedia.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində sanitar-epidemioloji normaları pozaraq müştərilərə qəlyan təklif edən kafe müəyyən edilib.
Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb və kafenin icarədarı barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.