İsmayıllı rayonuna yağan güclü qar səbəbindən yollarda nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.
Arazmedia.az xəbər verir ki, qarlı və dumanlı hava şəraiti İsmayıllı-Muğanlı yolunda hərəkəti iflic edib, 100-dən çox avtomobil yollarda qalıb, insanlar piyada getməli olurlar. Yağıntı davam edir, əraziyə texnikalar cəlb olunub, yolun açılması üçün tədbirlər görülür.