“Ağcabədi rayonu “Xatirə” parkı adlanan ərazidə ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb”.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, sözügedən parka keçirilən baxış zamanı 6 sərv tinginin kökündən çıxarıldığı müəyyən edilib. Faktla bağlı akt tərtib olunub:
“Təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Ağcabədi rayon Polis Şöbəsinə göndərilib”.