DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cinayət

Prokuror Eldar Həsənova 11 il həbs cəzası istədi

1 dəqiqəyə oxunur

Sabiq səfir Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Arazmedia.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Anar Nəsibov çıxış edib.

Prokuror çıxışında təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin külli miqdarda mənimsəmə (179.3.2), cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya əmlakı leqallaşdırma (193-1.3.2), vəzifə səlahiyyətlərindən sui-istifadə (308.2), dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə (308-1.1) və vəzifə saxtakarlığı (313) maddələri ilə verilmiş ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirildiyini diqqətə çatdırıb.

Dövlət ittihamçısı toplanmış kifayət qədər sübut və dəlilləri, həmçinin şahid ifadələrini əsas gətirərək Eldar Həsənovun elan olunmuş maddələrlə təqsirli bilinməsini və 11 il azadlıqdan məhrum edilməsini tələb edib.

Vəkillər müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyiblər.