DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Türkiyəli nazir Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən danışdı

1 dəqiqəyə oxunur

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi sayəsində Çin və Avropa arasında dəmir yolu yük daşımalarında Orta Dəhlizdən səmərəli istifadə etmək mümkün olub.

Arazmedia.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu çərşənbə günü Ankaranın dəmir yolu vağzalında İslamabad – Tehran – İstanbul xəttiylə ilk yük qatarının qarşılanma mərasimində deyib.

Onun sözlərinə görə, indi Çindən Türkiyəyə 12 min kilometr uzunluğunda yolu 12 günə qət etmək olur.

Nazir əlavə edib ki, bu dəmir yolu xətti Türkiyənin 250 milyard dollarlıq ixracat hədəfinə çatmaqda öz töhfəsini verir.