Sabah səhər saatlarından Heydər Əliyev prospektinin Bağırov körpüsünün altından keçən yan yollarında tunel divarlarının yuyulması işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Arazmedia.az-a verilən məlumata görə, sürücülərdən qeyd edilən ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Görülən işlər zamanı yolda hərəkət məhdudlaşdırılmayacaq.