Bu il 10 yerli təhsili idarəetmə orqanına yeni təyinatlar aparılıb.
Bu barədə Arazmedia.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, aparılmış monitorinqlərin nəticəsinə əsasən, 13 Rayon Təhsil Şöbəsinin müdiri, 12 Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi və 138 məktəb direktoru barəsində intizam tənbehi tədbiri görülüb, 9 yerli təhsili idarəetmə orqanının rəhbəri, 1 Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi və 24 məktəb direktoru tutduğu vəzifədən azad edilib.