DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Karantin qaydalarını pozan toy sahibi cərimələndi

1 dəqiqəyə oxunur

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı rayonun Hacalıkənd kəndində Sahib Salmanova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində təşkil edilən toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilən zaman mərasimdə 150 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən olunub. Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar S.Salmanov inzibati məsuliyyətə cəlb edilərək cərimələnib.