İran Prezidenti İbrahim Rəisi 2022-ci ilin ilk günlərində Rusiyaya rəsmi səfər edəcək.
Arazmedia.az xəbər verir ki, İran hökumətinin sözçüsü Əli Bahadorinin sözlərinə görə, hazırda Prezidentin siyasi məsələlər üzrə müavini səfər planını hazırlayır.
Rəsmi mənbə əlavə edib ki, səfər zamanı İ.Rəisi Tehran və Moskva arasında ikitərəfli və ticarət-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etməyi planlaşdırır.