Həyətində pirotexniki və tezalışan maddələr satan Neftçala rayon sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdiyi profilaktik tədbirlər zamanı rayon sakini Sərraf Kazımovun özünə məxsus fərdi yaşayış evinin həyətində gizli şəkildə yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki məmulatların satıldığı müəyyən edilib.
Həmin ünvana baxış keçirilən zaman külli miqdarda pirotexniki vasitələr aşkarlanaraq götürülüb.
Faktla bağlı onun barəsində İnzibati Xətalar Məcəlləsinin 442.ci ( İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.