Bakının Nizami rayonunun bir hissəsində içməli suyun verilişində fasilə yaranıb. Arazmedia.az bu barədə “Azərsu” ASC-yə istinadən xəbər verir. Məlumata görə, Nizami rayonu, Naxçıvani küçəsində (Nazlı Saray şadlıq sarayının yaxınlığı) magistral su kəmərində qəza baş verib. Hazırda Bakı Sukanal İdarəsinin əməkdaşları qəzanı aradan qaldırır. İşlər 2-3 saat ərzində yekunlaşacaq. Share