DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cinayət

Qadınları fahişəliyə cəlb edən şəxs HƏBS EDİLDİ

1 dəqiqəyə oxunur

DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşları olan qadınları Türkiyə Respublikasında yüksək məvacibli işə düzəldəcəyi adı ilə aldadaraq İstanbul şəhərinə aparıb orada cinsi istismara məruz qoymaqda şübhəli bilinən Zaqatala rayon sakini Sevinc Durmuşova tutulmuşdur.

DİN-dən  verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1-ci və 144-3.4-cü maddələri ilə (İnsan alveri) başlanılmış cinayət işi üzrə istintaq yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Məhkəmənin hökmünə əsasən S.Durmuşova Cinayət Məcəlləsinin həmin  maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilmişdir.