Abşeron rayonunda “AzSamand”la “Mercedes” toqquşub.
Arazmedia.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə Məmmədli kəndində baş verib.
Hadisə yerinə cəlb olunan FHN-nin Xususi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 2000-ci il təvəllüdlü Vəliyev Cəmaləddin Şahlar oğlunun meyitini deformasiyaya uğrayan “AzSamand” markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.