Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda restoranda baş verən yanğınla bağlı daha bir məlumat yayıb.
FHN-dən daxil olan məlumatda deyilir:
“Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 1200 m² olan (hər mərtəbəsi 240 m²) beşmərtəbəli restoran binasının fasadına bərkidilən bacada yağ qalıqları və damında quraşdırılan havalandırma sistemində 1 ədəd mühərrik yanıb. Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”.
Bakının Binəqədi rayonunda yerləşən “Qoç Ət” restoranında yanğın başlayıb.
Arazmedia.az xəbər verir ki, əraziyə FHN əməkdaşları cəlb olunub.