Türkiyənin şərqindəki Tunceli vilayətində “Eren Kış” antiterror əməliyyatının 6-cı mərhələsi çərçivəsində PKK-nın 9 terrorçusu zərərsizləşdirilib.
Arazmedia.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, silahlıların 140 sığınacağı məhv edilib, çoxlu sayda silah-sursat məhv edilib.
Əməliyyatda 1 060-a qədər xüsusi təyinatlı iştirak edib.
Məhv edilən silahlılardan 5-i Türkiyə Daxili İşlər Nazirliyinin xüsusi təhlükəli terrorçular siyahısında olub.