DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Azərbaycanda yaşayış binalarının ərazisində balıq satışı QADAĞAN EDİLDİ

2 dəqiqəyə oxunur

Azərbaycanda insanlara zərərli təsir göstərən bəzi obyektlərin yaşayış binasının zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində ictimai təyinatlı obyektlərin yerləşdirilməsinə yol verilməyəcək.

Arazmedia.az xəbər verir ki, bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi “Yaşayış binaları. Layihələndirmə normaları”nda öz əksini tapıb.

Sənədə əsasən, həmin obyektlər aşağıdakılardır:

– istismarı zamanı yaşayış ərazisini və ətraf mühiti çirkləndirə bilən kimyəvi və digər məmulatların ixtisaslaşdırılmış satış mağazaları;

– partlayış və yanğın təhlükəli maddə və materiallar satılan mağazalar;

– sintetik xalça məmulatlarının, avtomobil şinlərinın satışı mağazaları;

– ixtisaslaşmış balıq mağazaları;

– müxtəlif təyinatlı anbarlar, o cümlədən topdansatış anbarları;

– saat 23:00-dan sonra iş rejimi olan bütün müəssisələr və mağazalar;

– tezalışan maddələrlə işləyən məişət xidməti müəssisələri, hamamlar, saunalar (mənzillərdəki fərdi saunalar istisna olmaqla);

– sahəsi 250 m2-dən artıq, oturacaq yerlərinin sayı 50-dən çox olan yeməkxana və istirahət müəssisələri;

– camaşırxana və kimyəvi təmizləmə müəssisələri (qəbul məntəqələri və növbədə 75 kq-a qədər istehsal gücü olan özünəxidmət camaşırxanaları istisna olmaqla);

– ümumi sahəsi 100 m 2- dən artıq olan avtomat telefon stansiyaları;

– ictimai tualetlər;

– dini ayinləri keçirən müəssisələr;

– binanın hüdudları daxilində və ona bitişik inşa edilmiş transformator yarımstansiyaları;

– istehsalat sahələri (əlilliyi olan şəxslərin və ahıl insanların əməyindən istifadə edən müəssisələr, o cümlədən quraşdırma və dekorativ işlər emalatxanaları istisna olmaqla);

– baytarlıq klinikaları və kabinetləri;

– təbii və mayeləşdirilmiş qazdan yanacaq kimi istifadə edən cihazların yerləşdirilməsinin nəzərdə tutulduğu ictimai iaşə, ticarət, məişət xidməti və digər təyinatlı obyektlər.