Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda dönərdən kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başlayıb.
Bu barədə agentlikdən məlumat verilib.
“Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə AQTA-nın mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək”, – agentlikdən bildirilib.