Ermənistan ordusunun hərbçisi öz əsgər yoldaşı tərəfindən açılan atəş nəticəsində yaralanıb.
Arazmedia.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, dekabrın 8-də gecə saatlarında 2003-cü ildə anadan olan sıravi əsgər Senik Saakyan hərbçi yoldaşının açıdığı atəş nəticəsində yaralanıb:
“Hərbçinin vəziyəti çox ağırdır”.