Ermənistan mətbuatında Azərbaycan Ordusunun bölmələri tərəfindən guya açılan atəş nəticəsində Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvü Qor Martirosyanın öldürülməsi barədə yayılan məlumat əsassızdır və tamamilə yalandır.
Bu barədə Arazmedia.az-a Müdafiə Nazilriyindən verilən məlumatda bildirilir.
Qeyd olunub ki, bu kimi yalan məlumatların yayılması dekabrın 5-də axşam saatlarında qarşı tərəfdə baş vermiş ölümlə nəticələnən növbəti cinayətin ört-basdır edilməsi cəhdidir.