DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Parlament hərbçilərin sığortası ilə bağlı layihəni qəbul etdi

1 dəqiqəyə oxunur

Milli Məclisin bu gün keçirilən iclasında “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

Arazmedia.az-ın xəbərinə görə, dəyişikliklə sığortaolunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman az ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda müəyyən edilmiş sığorta məbləğinin (11 min manat) 15%-i qədər sığorta ödənişi veriləcək.

Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş siyahıya uyğun müəyyən ediləcək.

Sığorta ödənişi verilmiş sığorta hadisəsi ilə bağlı yeni sığorta hadisəsi baş verdikdə müvafiq sığorta ödənişi əvvəl ödənilmiş sığorta ödənişi nəzərə alınmaqla ödəniləcək.

Qanuna dəyişiklik layihəsi III oxunuşda qəbul edilib.