Türkiyənin şimal-qərbindəki bir sıra vilayətlərində baş verən təbiət hadisəsi nəticəsində ölənlərin sayı 6-ya çatıb.
Arazmedia.az xəbər verir ki, Zonquldakda 21 yaşlı inşaat işçisi güclü külək səbəbindən aşan divarın altında qalaraq dünyasını dəyişib. Kocaelidə isə dam örtüyünü bərkitmək istəyən bir şəxs damla birlikdə yerə yıxılaraq ölüb.
Qeyd edək ki, vundan əvvəl İstanbulda güclü külək nəticəsində damlardan uçan dağıntılar nəticəsində 4 nəfərin ölüb, 38 nəfər isə yaralanıb.