DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Nazirlikdən hava şəraitinin dəyişəcəyi ilə bağlı daha bir XƏBƏRDARLIQ

1 dəqiqəyə oxunur

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi haqqında məlumat yayıb.

Arazmedia.az xəbər verir ki, məlumatda Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 30-u gündüzdən hava şəraitinin dəyişdiyi bildirilib.

Noyabrın 30-u gün ərzində 15-20 m/s, arabir 23-28 m/s əsən cənub-qərb küləyinin dekabrın 1-i gündüzdən 18-23 m/s, arabir 25-30 m/s-dək güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Güclü küləkli hava şəraiti dekabrın 2-si səhərədək davam edəcək. Dekabrın 1-i axşamdan 2-si səhərədək yağıntılı olacağı ehtimalı var.

Havanın temperaturu dekabrın 2-də tədricən 5-7° aşağı enəcək.

Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 30-u gündüzdən dekabrın 2-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

Külək noyabrın 30-u gündüzdən dekabrın 2-i səhərədək qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 01-də ayrı-ayrı Kürvadisi rayonlarda arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir. Dekabrın 2-si gündüz külək mülayimləşəcək.

Yağıntı dekabrın 1-i gündüz şimal və qərb rayonlarından başlayaraq 2-si gündüzədək arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

Havanın temperaturu 2-də tədricən 5-8° aşağı enəcək. Gecə və səhər saatlarında dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimalı var.