DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

“Cəmiyyət olaraq narkomaniya ilə mübarizə aparmalıyıq” – Vitse-spiker

1 dəqiqəyə oxunur

“Cəmiyyət olaraq narkomaniya ilə mübarizə aparmalıyıq. Maarifləndirmə işinə xüsusi diqqət yetirilməlidir”.

Arazmedia.az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Adil Əliyev deyib. Vitse-spiker bildirib ki, məktəblərdə, mətbuatda narkomaniya ilə mübarizə üçün görülən işlərin genişləndirilməsinə ehtiyac var.

“Sənədli filmlərin hazırlanıb mətbuatda yayımlanması, maarifləndirmənin əhatə dairəsinin genişləndirilməsi, sosial şəbəkələrdə qısa videoçarxların hazırlanıb paylaşılması narkomaniya ilə mübarizəyə dəstək verə bilər”.

Milli Məclis sədrinin müavini qeyd edib ki, narkomaniya ailələrin bədbəxtliyinə, həmin ailədə böyüyən uşaqların psixologiyasına mənfi təsir edir.

“Aidiyyəti qurumlar narkomaniyaya qarşı ciddi mübarizə aparır. Nə qədər mübarizə aparılsa da hələ də bunun kökünü kəsmək mümkün olmayıb. Bu bəlanın qarşısının alınması hər birimizin vətəndaşlıq borcudur”.

Qeyd edək ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrinin “Narkomaniya ilə mübarizə ailə cəmiyyətinin sağlamlığıdır” mövzusunda birgə dinləməsi keçirilir.