DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Vətəndaş problemi arxasında gizlənən öz yerin və peşəsin bilməyən “jurnalistlər”

3 dəqiqəyə oxunur

Dünyada, eləcə də ölkəmizdə internetin xüsusilə də sosial şəbəkələrin yüksək sürətli inkişafı jurnalistika sahəsinə böyük təsir göstərib.

Bu təsir nəticəsində asanlıqla qeyd edə bilərik ki, əlində smartfon telefonu və internetə çıxışı olan hər bir kəs asanlıqla gördüyü, şahidi olduğu hər bir hadisəni çəkərək sosial platformlarda paylaşa bilər.

Bu, vətəndaş jurnalistikasının inkişafı üçün yaxşı amil olsa da, əfsuslar olsun ki, bəzən qeyri-peşəkar, başqa məqsədlər güdən şəxslər üçün də əlverişli imkana çevrilib.

Sosial şəbəkələrdə informasiya toplayarkən məsələn “TikTok”, “İnstagram”, “Facebook” səhifələrində yüzlərlə belə paylaşımlar hər birimizin qarşına çıxır.

Orada ki, görüntüləri izləyərəkən özünü müstəqil, araşdırmaçı jurnalist kimi təqdim etməsi və ictimai məişət problemlərini işıqlandırması bir anlıq hər kəsi həm sevindirir, həm də cəlb edərək böyük bir marağa səbəb olur.

Lakin həmin şəxsləri araşdırarkən onun məqsədinin heç də vətəndaş problemini işıqlandırmaq deyil, öz mənfətini güdməsi kimi hallar aşkar edilir.

Belə ki, həmin şəxslər hər hansı qurumundan öz “payını” ala bilmirsə həmin qurumla bağlı həqiqətə uyğun olmayan, böhtan xarakterli çıxışlar edərək ictimai nüfuzdan salmağa çalışırlar.

Dırnaqarası bu media ünsürləri maddi imkanı zəifləyən kimi vətəndaş problemi arxasında gizlənərək düşür dövlət qurumlarının canına.

Necə olur ki, illərini, canını və əməyini jurnalist peşəsi yolunda qurban etmiş, təmiz peşəkar fədakar jurnalistlərimiz bir küncə sıxılaraq qalıb kənarda, istedadı olmayan qeyri peşəkar dırnaqarası bu peşəyə yiyələnənlər isə at oynadır, “gözün üstə qaşın var” deyən yoxdu?!

Sözsüz ki, hazırda tək sosial şəbəkələr üzərində deyil, bir çoxları müxtəlif adlarda saytlar yaradaraq öz şəxsi maraqları üçün mətbuatı zəbt edərək, həm milli mətbuatımıza xas olmayan imiclər formalaşdıraraq ictimaiyyət içində yalan, qərəzli(sifarişli) informasiyalar yayıb ictimaiyyətdə çaşqınlıq yaradırlar.

Hər birimiz gündəlik onlarla sosial problemlə rastlaşır, həlli üçün aidiyyatı qurumlara müraciətlər edərək həllinə nail olmaq istəyirik.

Vay o günə ki, aidiyyatı bir dövlət qurumu rəhbərinə və ya rəsmisinə jurnalist kimi zəng açıb problemini deyəsən, dediklərini dinləyir ancaq havaya uçurur.

O saat beynində nələrsə düşünərək qarşı tərəfdə olan jurnalistin hansısa maraqları şokunda olaraq, sosial problemin həlli üçün lazimi tədbirlər görməyi yadından belə çıxarır.

Əminəm ki, mətbuat orqanlarına cavabdehlik daşıyan aidiyyatı qurumlar, illərdi mətbuat üçün gözümün nurunu verib, öz zəhmətim, əməyim sayəsində ayaq üstə duran, heç bir vəzifəli şəxslərə boğaz ortağı olmayan, ictimai əsaslarla dövlətə xidmət edən, fəxri ad, təqaüd, bir medal belə almayan media nümayəndəsi (rəhbəri) olaraq, haqqlı şəkildə yaxşı ilə pisin ayırd edilərək öz yerlərini bilib tutması üçün aidiyyatı tədbirlər görərək, cücərərək boy atan köklərinə balta çalacaqlar.

Beləliklə, haqqlı peşəkar jurnalistlərin haqqı qorunaraq milli mətbuatımıza yeni nəfəs verəcəklər.

Əli Musa