Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyaları keçirilir.
Arazmedia.az xəbər verir ki, etiraz aksiyaları nəticəsində bir sıra küçə və yollar bağlanıb, bəzi yerlərdə nəqliyyatın hərəkəti iflic olub.
Bildirilib ki, hazırda dinc şəkildə keçirilən aksiya bu gün saat 17:00-da mitinqə çevriləcək.
Etirazçılar demarkasiya və delimitasiya sənədinin imzalanmasına mane olmaq, bundan başqa, Azərbaycanla hansı danışıqların aparılması ilə bağlı açıq-aşkar açıqlama verilməsini tələb edirlər.
Müxalifət etirazçılar arasında saxlanılanların olduğunu istisna etmir.