Goranboyda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Arazmedia.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ 21015” markalı minik maşını yolu keçmək istəyən orta yaşlı qadını vurub. Piyada hadisə yerində ölüb. Onun kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.