Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.
Arazmedia.az-ın xəbərinə görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 24 məsələ daxil edilib.
İclasda dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri və digər qanunlara dəyişikliklər layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Müzakirələrdə deputatlarla yanaşı, hökumət və dövlət rəsmiləri də iştirak edirlər.