Qafan-Çakaten avtomobil yolunda qurulan Azərbaycanın keçid məntəqəsi 6 erməni kəndinin Qafanla əlaqəsini kəsib.
Arazmedia.az xəbər verir ki, bu fikirləri Qafan şəhərinin meri Gevork Parsyan səsləndirib. Onun sözlərinə görə, əgər əvvəllər bu 6 yaşayış məntəqəsinə olan məsafə 7-8 km idisə, indi Meğri vasitəsilə 150 km-dir.
Qeyd ki, Azərbaycan bu gecə yarısı Qafan-Çakaten yolunda daha bir gömrük məntəqəsi yaradıb.