“Sosial müdafiə və sosial təminat üçün gələn ilin dövlət büdcəsindən 3 milyard manatdan çox vəsait ayrılacaq”.
Arazmedia.az-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, növbəti ilin dövlət büdcəsində əməkhaqlarının artırılması üçün vəsait nəzərdə tutulub: “Həmin artımlar hesabına sosial sığorta yığımları da artacaq. Eyni zamanda ölkədə qeyri-formal məşğulluğun azaldılması, əmək münasibətlərinin rəsmiləşdirilməsi sosial sığorta haqlarının yığımına və artmasına müsbət təsir edib. Sosial sığorta haqlarının artması hesabına Dövlət Sosial Müdafiə Fondunun gəlirləri artır. Növbəti ildə aztəminatlı ailələrə verilən vəsait üçün də ayırmalar büdcədə qeyd edilib. Əlavə məşğulluğun təşkili üçün də büdcədən müvafiq vəsait yönəldilib”.