Ölkədə müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, noyabrın 10-u saat 17:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti dəyişmiş, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib.
Küləyin maksimal sürəti: Gəncədə 24 m/s, Tovuz, Naftalanda 22 m/s, Nabran, Neftçala, Xaçmazda 20 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 32 m/s, Maştağada 28 m/s, Pirallahı, Qum adasında 25 m/s, Neft Daşları, Binədə 24 m/s, Sumqayıtda 23 m/s, Çilov adasında 20 m/s-dək güclənmiş, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb.