Təyyarədən enərkən Füzulidəki, eləcə də bütün Qarabağdakı dağıntıları görərkən çox kədərləndik. Bu hal həqiqətən də üzücüdür.
Arazmedia.az xəbər verir ki, bu sözləri Latviyanın sabiq Prezidenti Valdis Zatlers Şuşaya səfəri zamanı jurnalistlərə müsahibəsində deyib.
“Mən müharibələrdən sonra dağıdılmış bir çox ölkələrdə olmuşam. Lakin Qarabağdakı kimi dağıntılara heç vaxt rast gəlməmişəm. Çox xoşdur ki, buralar yenidən qurulur. Bu, təqdirəlayiq haldır”, – deyə Valdis Zatlers əlavə edib.