Bərdə rayonu Xanərəb kəndi ərazisində ağacların kəsildiyi müəyyən edilib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların Bərdə rayon sakini Əfqan Məmmədov tərəfindən kəsildiyi və təbiətə 13 600 manat məbləğində ziyan dəydiyi məlum olub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Bərdə Rayon Prokurorluğuna göndərilib.